back

Geri

layihə

Villa Mərdəkan

Paylaş:

main
location

Məkan:

Mərdəkan

Məkan: Mərdəkan
Mərtəbəlilik: 2 mərtəbəli
Ümumi sahə: 1 200 m²
Layihələndirilən ərazi: 38 sot
Təyinat: Fərdi yaşayış 


pencil

İşlədiyimiz sahə:

1200 m 2

Villa Mərdəkan

Layihədə açıq və qapalı məkanların harmoniyası xüsusi önəm daşıyır. Geniş vitraj pəncərələr, terraslar və eyvanlar vasitəsilə interyer məkanlar təbii işıqla maksimum təmin olunur, eyni zamanda bağ sahəsi ilə güclü vizual və funksional əlaqə yaradılır. 38 sotluq ərazinin üstünlükləri nəzərə alınaraq hovuz, açıq istirahət zonaları, landşaft dizaynı və əlavə rekreasiya sahələrinin yerləşdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Bu yanaşma yaşayış mühitini yalnız bina daxilində deyil, bütün sahə üzrə kompleks şəkildə komfortlu edir.

section image
main 2

Mərdəkan qəsəbəsində yerləşən tikinti layihəsi

Layihənin memarlıq üslubu Mərdəkan ərazisinin villalar üçün xarakterik olan elit və sakit mühitinə uyğun olaraq formalaşdırılmışdır. Fasad həllərində müasirlik və zəriflik balansı qorunmuş, təbii materialların istifadəsi və həcm-kompozisiya baxımından düzgün quruluş tikilinin həm estetik, həm də funksional baxımdan yüksək səviyyədə olmasını təmin edir. Nəticə etibarilə layihə geniş və komfortlu yaşayış tələblərinə cavab verən, ətraf mühitlə harmoniyada olan müasir fərdi yaşayış evi kimi formalaşır.

calendar

Layihə bitirmə tarixi:

13.12.2025

Layihənin hazırlanması zamanı ətraf mühitlə uyğunluq, funksional zonaların düzgün bölgüsü, istifadəçi rahatlığı, təhlükəsizlik və dayanıqlılıq tələbləri əsas prioritetlər kimi nəzərə alınmışdır. 2 mərtəbəli tikinti həlli məkanın komfortlu istifadəsini təmin etməklə yanaşı, estetik və balanslaşdırılmış memarlıq həllinin formalaşdırılmasına imkan verir.


section image 2

REDLİNE STUDİO

“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə  yüksəlişdə olan ulduza çevrilməkdədir.



Əlaqə saxla