Geri
Məkan:
Bakı şəhəri
Məkan: Bakı şəhəri, Sabunçu rayonu
Mərtəbəlilik: 13 mərtəbə və 24 mərtəbə
Blokların sayı: 8
Təyinat: Yaşayış kompleksi
İşlədiyimiz sahə:
1200 m 2
Bakı şəhərinin Sabunçu rayonunda planlaşdırılan bu yaşayış kompleksi 8 blokdan ibarət olmaqla, 13 və 24 mərtəbəli binaları əhatə edir. Layihə müasir şəhərsalma prinsiplərinə əsaslanaraq, genişmiqyaslı və funksional yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.
Layihənin icrası nəticəsində Sabunçu rayonunda müasir infrastrukturla təmin olunmuş, komfortlu və təhlükəsiz yaşayış kompleksi yaradılması nəzərdə tutulur. Bu layihə ərazinin urbanistik inkişafına, yaşayış şəraitinin yaxşılaşdırılmasına və rayonun ümumi dəyərinin artırılmasına mühüm töhfə verəcək.
Layihə bitirmə tarixi:
13.11.2025
Kompleksin planlaşdırılması zamanı yaşayış rahatlığı, funksional zonaların düzgün bölgüsü, təhlükəsizlik və dayanıqlılıq tələbləri əsas prioritet kimi nəzərə alınmışdır. Müxtəlif mərtəbəliliyə malik bloklar ərazinin səmərəli istifadəsini və vizual balansın qorunmasını təmin edir.
“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə yüksəlişdə olan ulduza çevrilməkdədir.