Geri
Məkan:
Bakı şəhəri
Məkan: Bakı şəhəri, Sabunçu rayonu
Mərtəbəlilik: 12 mərtəbə, 10 mərtəbə, 15 mərtəbə
Blokların sayı: 3
Təyinat: Yaşayış kompleksi
İşlədiyimiz sahə:
1200 m 2
Bakı şəhərinin Sabunçu rayonunda planlaşdırılan bu yaşayış kompleksi 3 blokdan ibarət olmaqla, 10, 12 və 15 mərtəbəli binaları əhatə edir. Layihə ərazinin ölçüsünə uyğun olaraq kompakt və funksional yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.
Layihənin icrası nəticəsində Sabunçu rayonunda müasir infrastrukturla təmin olunmuş, komfortlu və təhlükəsiz yaşayış kompleksi yaradılması nəzərdə tutulur. Bu layihə ərazinin urbanistik inkişafına və yaşayış keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.
Layihə bitirmə tarixi:
13.11.2025
Kompleksin layihələndirilməsi zamanı funksional zonaların düzgün bölgüsü, sakinlərin rahatlığı, təhlükəsizlik və dayanıqlılıq tələbləri əsas meyarlar kimi nəzərə alınmışdır. Müxtəlif mərtəbəliliyə malik bloklar yaşayış sahələrinin səmərəli təşkilinə və şəhər mühitinə uyğun memarlıq həllinin yaradılmasına imkan verir.
“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə yüksəlişdə olan ulduza çevrilməkdədir.