Geri
Məkan:
Bakı şəhəri
Məkan: Bakı şəhəri, Sabunçu rayonu
Mərtəbəlilik: 12 mərtəbə, 9 mərtəbə, 15 mərtəbə
Blokların sayı: 3
Təyinat: Yaşayış kompleksi
İşlədiyimiz sahə:
1200 m 2
Bakı şəhərinin Sabunçu rayonunda planlaşdırılan bu yaşayış kompleksi 3 blokdan ibarət olmaqla, 9, 12 və 15 mərtəbəli binaları əhatə edir. Layihə ərazinin səmərəli istifadəsini və balanslaşdırılmış yaşayış mühitinin yaradılmasını nəzərdə tutur.
Layihənin icrası nəticəsində Sabunçu rayonunda müasir infrastruktura malik, komfortlu və təhlükəsiz yaşayış kompleksi yaradılması hədəflənir. Bu layihə ərazinin urbanistik inkişafına və yaşayış keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Layihə bitirmə tarixi:
13.11.2025
Kompleksin planlaşdırılması zamanı funksional zonaların düzgün bölgüsü, sakinlərin rahatlığı, təhlükəsizlik və dayanıqlılıq tələbləri əsas prioritet kimi götürülmüşdür. Fərqli mərtəbəliliyə malik bloklar şəhər mühitinə uyğun memarlıq həllinin formalaşdırılmasına və vizual harmoniyanın təmin olunmasına şərait yaradır.
“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə yüksəlişdə olan ulduza çevrilməkdədir.