back

Geri

layihə

Qubadlı Şəhəri İnzibati Bina

Paylaş:

main
location

Məkan:

Qubadlı şəhəri

Ayrılmış ərazi: 1.0228 ha
Ümumi tikinti sahəsi: 13 900.30 m²
Layihənin sifarişçisi: “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ
Təyinat: İnzibati bina


pencil

İşlədiyimiz sahə:

13900 m 2

Qubadlı Şəhəri İnzibati Bina

Qubadlı şəhərində inşası nəzərdə tutulan inzibati bina kompleksi 1.0228 hektarlıq ərazidə yerləşəcək. Layihə çərçivəsində ümumi tikinti sahəsi 13 900.30 m² olan çoxfunksiyalı inzibati bina və ona aid yardımçı qurğular layihələndirilmişdir. Kompleksin əsas məqsədi Qubadlı rayonunda idarəetmənin təşkilini müasir standartlara uyğunlaşdırmaq və dövlət xidmətlərinin göstərilməsi üçün optimal iş mühiti yaratmaqdır.

section image
main 2

Qubadlı şəhərində inşası nəzərdə tutulan inzibati bina kompleksi

Ərazidə yaradılacaq müasir inzibati infrastruktur, Qubadlı rayonunda idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına, xidmətlərin əlçatanlığının genişləndirilməsinə və bölgənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

calendar

Layihə bitirmə tarixi:

13.11.2025

Qubadlı şəhərinin mərkəzində planlaşdırılan bu inzibati bina, müxtəlif struktur bölmələrin bir məkanda fəaliyyət göstərməsinə imkan verəcək şəkildə layihələndirilmişdir. Binanın planlaşdırılması zamanı funksional bağlantılar, əməkdaş və vətəndaş axınının rahat təşkili, eyni zamanda təhlükəsizlik və dayanıqlılıq tələbləri əsas prioritet kimi nəzərə alınmışdır.


section image 2

REDLİNE STUDİO

“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə  yüksəlişdə olan ulduza çevrilməkdədir.



Əlaqə saxla