haqqımızda

REDLİNE STUDİO

“RedLine Studio” Memarlıq və dizayn sahəsində fəaliyyət göstərən və bir çox uğurlara imza atmış memarlıq və dizayn studiyasıdır. Şirkətimiz 2020-ci ildə memarlıq və dizayn sahəsində fəaliyyətə başlamış və hal-hazırda bu sahədə  yüksəlişdə olan ulduza çevrilməkdədir.



Şirkətimiz, dizayn və tətbiqi yanaşmasını qolulmuş hədəfin(tapşırığın) konseptindən və miqyasından asılı olmayaraq müxtəlif tipli layihələrə yayaraq xidmət göstərməkdədir.Bunlara misal olaraq mənzil, otel, rezidensiya, ofis, villa, ticarət mərkəzi, məktəb, ibadət yeri, şəhərsalma və s. kimi yaşayış, qeyri-yaşayış və ictimai-iaşə obyektlərinin interyer, eksteryer və memarlıq həllərini göstərmək olar. 

Studiyanın iş prinsipləri:

-layihə tərkibini və istifadəçi istəklərini təhlil etmək

-mümkün memarlıq müdaxilələrinin potensial nəticələrini qiymətləndirmək

-zəngin və funksional məkan yaradacaq real, müasir və qənaətcil həllər təklif etmək.

main
main

Vaqif Kərimov

Təsisçi

Qısa məlumat: Kərimov Vaqif — “Redline Studio” MMC-nin təsisçisi və uzunillik təcrübəyə malik mütəxəssisdir. 20 ildən artıq fəaliyyət dövründə qazandığı praktik biliklər onu öz sahəsində peşəkar və etibarlı bir isimə çevirmişdir.

O, müxtəlif layihələrin həyata keçirilməsində liderlik edərək uğurlu nəticələrə imza atmış, daim yenilikçi yanaşmaları və strateji baxışı ilə fərqlənmişdir.

Onun fəaliyyət prinsiplərinin əsasını yüksək keyfiyyət, etibar və müasir düşüncə tərzi təşkil edir.


main

Nicat Məmmədov

Direktor

Memarlıq və idarəetməni bir araya gətirən peşəkar rəhbərdir. O, Azərbaycan Memarlıq və İnşaat Universiteti-ndə aldığı fundamental təhsil ilə bu sahədə möhkəm nəzəri baza qazanmış, son 15 ildən artıq müddətdə isə zəngin praktiki təcrübə toplayaraq öz sahəsində geniş bilik və bacarıqlar formalaşdırmışdır.

Peşəkar fəaliyyəti boyunca müxtəlif layihələrin uğurla icrasına rəhbərlik etmiş, innovativ yanaşmaları və strateji baxışı ilə seçilmişdir.

Onun idarəetmə fəlsəfəsi keyfiyyət, etibarlılıq və müasir yanaşmalar üzərində qurulmuşdur.

main

Asəf Zeynallı

Memar

Bitirdiyi universitet: Azərbaycan Memarlıq və İnşaat universiteti.

Vəzifəsi: Red Line Architect Studioda baş memar.

Qısa məlumat: Asəf Zeynallı — peşəkar memar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. Memarlıq sahəsində qazandığı nəzəri bilikləri praktik təcrübə ilə birləşdirərək müxtəlif layihələrdə uğurla iştirak etmişdir. Hal-hazırda “Red Line Architect Studio” şirkətində baş memar vəzifəsində çalışır. Layihələrin idarə olunması, konsept dizaynın hazırlanması və icra prosesinin koordinasiyası üzrə geniş təcrübəyə malikdir. Yaradıcılıq, funksionallıq və müasir memarlıq prinsiplərini birləşdirərək keyfiyyətli və innovativ həllər təqdim edir.


main

Ceyhun Fərhadov

Dizayner

Memar & Dizayner | Fasad və interyer dizaynı

Müasir memarlıq və estetik yanaşma ilə fərdi layihələr

Konsept ideyadan icra mərhələsinə qədər tam idarəetmə

Fasad dizaynı • interyer planlaşdırma • layihə koordinasiyası

Funksionallıq və vizual harmoniyanı birləşdirən həllər


main

Həsən İbrahimov

Memar

Təhsil aldığı universitet: Azərbaycan Memarlıq və İnşaat Universiteti

Qısa məlumat: Həsən İbrahimov - memar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. Müxtəlif şirkətlərdə qazandığı praktiki təcrübə ilə ixtisası üzrə peşəkarlığını daha da artırmışdır.  Hal-hazırda Redline Architect Studio" şirkətində memar vəzifəsində çalışır.

İstifadəçilərin ehtiyaclarını nəzərə almaqla müasir estetika və funksionallığa cavab verən, məkan itkisini tam istifadəyə yararlı şəkildə həll etdiyi müxtəlif növ layihələrə imza atmışdır.


main

Murad Abbasov

Baş dizayner

İxtisas: İnteryer dizayner, vizualizator

Qısa məlumat:

Murad Abbasov — interyer dizayn və vizualizasiya sahəsində fərqli baxış bucağı və incə estetik zövqü ilə seçilən dizaynerdir. Yaşayış və kommersiya məkanları üçün eksklüziv, funksional və yüksək səviyyəli interyer həlləri yaradır.

Dizayn və 3D vizualizasiya bacarıqlarını birləşdirərək layihələrin ideya mərhələsindən real görüntüyə qədər olan bütün prosesini peşəkar şəkildə formalaşdırır. Hər layihəyə fərdi yanaşaraq məkanın ruhunu, komfortunu və vizual dəyərini maksimum səviyyədə ön plana çıxarır.

Minimalizm, müasir lüks və funksionallığı bir araya gətirərək zamansız dizayn konseptləri yaradır və yüksək keyfiyyət standartlarına uyğun icra edir.


main

Nurlan Nağıyev

Memar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəxri məzunu olan Nurlan Nağıyev, memarlıq və dizayn dünyasında akademik dəqiqliklə kreativ innovasiyanı birləşdirir. Onun yanaşması sadəcə məkan qurmaq deyil, hər bir layihədə mühəndis zəkası ilə estetik harmoniyanın vəhdətini yaratmaqdır.

Peşəkar 3D vizuallaşdırma texnologiyalarına hakim olması, layihələrin hələ konsept mərhələsində fotorealistik mükəmməlliyə çatmasını təmin edir. Redline Studio-nun imza atdığı işlərdə Nurlan bəy, müasir memarlıq normalarını fərdi xəyallarla uzlaşdıraraq, hər bir detala peşəkar ruh qazandırır. Keyfiyyət, funksionallıq və vizual mükəmməllik onun yaradıcılığının əsas sütunlarıdır.

main

Rüfət Məhərrəmov

Dizayner

İxtisas: İnteryer dizayner, vizualizator

Qısa məlumat:

Rüfət — interyer dizayn və vizualizasiya sahəsində fərqli baxış bucağı və incə estetik zövqü ilə seçilən dizaynerdir. Yaşayış və kommersiya məkanları üçün eksklüziv, funksional və yüksək səviyyəli interyer həlləri yaradır.

Dizayn və 3D vizualizasiya bacarıqlarını birləşdirərək layihələrin ideya mərhələsindən real görüntüyə qədər olan bütün prosesini peşəkar şəkildə formalaşdırır. Hər layihəyə fərdi yanaşaraq məkanın ruhunu, komfortunu və vizual dəyərini maksimum səviyyədə ön plana çıxarır.

Minimalizm, müasir lüks və funksionallığı bir araya gətirərək zamansız dizayn konseptləri yaradır və yüksək keyfiyyət standartlarına uyğun icra edir.

main

Orxan Abbasov

Dizayner

Bitirdiyi universitet: Azərbaycan Memarlıq və İnşaat universiteti.

Qısa məlumat : Memar & Dizayner | Fasad və interyer dizaynı

Müasir memarlıq və estetik yanaşma ilə fərdi layihələr

Konsept ideyadan icra mərhələsinə qədər tam idarəetmə

Fasad dizaynı • interyer planlaşdırma • layihə koordinasiyası

Funksionallıq və vizual harmoniyanı birləşdirən həllər


main

Nəriman Əhədzadə

Dizayner

Bitirdiyi universitet: Azərbaycan Memarlıq və İnşaat universiteti.

Vəzifəsi: Red Line Architect Studioda Dizayner.

Qısa məlumat: Əhədzadə Nəriman — peşəkar dizayner kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində əldə etdiyi bilikləri praktik layihələrlə inkişaf etdirmişdir. Müasir vizual yanaşma, detallara diqqət və estetik balans onun işlərinin əsas xüsusiyyətlərindəndir. Hal-hazırda “Red Line Architect Studio”da dizayner kimi çalışaraq layihələrin ümumi dizayn istiqamətini müəyyənləşdirir, kreativ konseptlər hazırlayır və onları real mühitdə funksional həllərə çevirir. Onun iş üslubu sadəlik, funksionallıq və müasir trendlərin düzgün inteqrasiyası üzərində qurulub.